05 aprel 2022 13:24
831

Azərbaycan və İsrail arasında investisiyaların cəlb edilməsi müzakirə olunub

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkədə səfərdə olan İsrailin turizm naziri, Azərbaycan-İsrail Birgə komissiyasının həmsədri Yoel Razvozovla görüşüb.

“İki sahil” xəbər verir ki,  nazir bu barədə “Twitter“ hüsabında yazıb.

O bildirib ki, görüşdə ölkələr arasında iqtisadi münasibətlərin cari vəziyyəti, investisiyaların cəlb edilməsi üzrə görülən işlər, ticarət və turizm sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.