Prezident İlham Əliyev “Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 26 dekabr 2005-ci il tarixli fərmanını ləğv edib.
“İki sahil” xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, Şuranın icra hakimiyyəti orqanı kimi statusu ləğv edilib, onun ictimai əsaslarla fəaliyyət göstərən katibliyi yaradılıb.
Katibliyin gerbsiz möhürü, ştampları və blankları olacaq.
Dəyişikliyə görə, Tarif (qiymət) Şurası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial orqan olacaq. Bundan əvvəl Şura kollegial icra hakimiyyəti orqanı statusunda olub.
Bundan əvvəl Şuranın Katibliyi Azərbaycan Respublikasının Dövlət gerbi və onun adı əks olunmuş möhürə, ştamplara, blanklara və bank hesablarına malik olub. Katibliyin işçiləri də bundan sonra dövlət qulluqçusu hesab edilməyəcəklər.
Vergilər Nazirliyi ləğv edildiyi üçün vergilər nazirinin müavini də Tarif (qiymət) Şurasının üzvləri sırasından çıxarılıb.