Avropa İttifaqı Rusiya kömürünün idxalına qadağa qoymağı, eləcə də kalium gübrələrinin idxalını məhdudlaşdırmağı təklif edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə “Bloomberg“ mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, sanksiyalarla bağlı təklifə Rusiya gəmilərinin girişinə və Rusiya Federasiyasından yük maşınlarının Aİ-na daxil olmasına qadağalar da aid ediləcək.
Mənbələrin məlumatına görə, bir sıra hökumətlərin Rusiya enerji məhsullarının idxalını azaltmaq istəyinə baxmayaraq, yaxın gələcəkdə qaz və neftə qarşı məhdudiyyətlər tətbiq edilməyəcək.