06 aprel 2022 13:41
1008

"Chanel"ə etiraz olaraq çantasını doğradı

Monakoda yaşayan rusiyalı teleradio aparıcısı, aktrisa və model Viktoriya Bonya məhsullarını Rusiya vətəndaşlarına satışını qadağan edən Fransanın məşhur “Chanel” brendinin çantasını qayçı ilə doğrayıb.

“İki sahil” xəbər verir ki, o, həmin anın videosunu instaqram hesabında paylaşaraq "Chanel" evi müştərilərinə hörmət etmirsə, biz niyə "Chanel"in evinə hörmət edək?" sözlərini deyib.

Viktoriya #byebyeCHANEL həştəqi ilə “Mən heç bir brendin müştərilərinə "Chanel" qədər hörmətsiz davrandığını görməmişəm” deyə, vurğulayıb.

Qeyd edək ki, sözügedən brend Rusiyanın Ukraynaya qarşı yönəltdiyi hərbi əməliyyatlar fonunda bir çox brend kimi mağazalarını bu ölkədə bağlayaraq satışı dayandırıb. Bundan başqa bir müddət əvvəl məlum olub ki, digər ölkələrdə fəaliyyət göstərən "Chanel" mağazaları rus müştərilərə satış etmir və ya həmin məhsulu Rusiyada istifadə etməyəcəyinə dair bəyanat imzalamağı tələb edirlər.