06 aprel 2022 16:20
922

“Bakı metropoliteni” 3 yeni təsərrüfat qatarı alıb

“Bakı metropoliteni” ASC Rusiya istehsalı olan 3 yeni təsərrüfat qatarı alıb.

Bunu “İki sahil”ə QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, qatarların son sınaq işləri gün ərzində tamamlanacaq və sabahdan onların istismara veriləcəyi gözlənilir.