07 aprel 2022 12:29
588

Reklamı qadağan olunan əmtəələrin sayı artırılıb

Nazirlər Kabineti “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”nda dəyişiklik edib.

“İki sahil” xəbər verir ki, dəyişikliyə əsasən, reklamı qadağan olunan əmtəələrin sayı artırılıb.

Beləliklə, dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunları və lotereyalar “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”na daxil edilib.