07 aprel 2022 12:45
868

Rubl sürətlə bahalaşmağa davam edir

Rusiya rublu sürətlə bahalaşmağa davam edir.

"İki sahil"in Moskva birjasına istinadən verdiyi məlumata görə, bu gün hərracların açılışında ABŞ dolları 74,26 rubla qədər ucuzlaşıb.

Avro 2021-ci ilin oktyabrından bəri ilk dəfə 80,84 rubla düşüb.

Sabah üçün hesablaşmalarda Amerika valyutası Moskva vaxtı ilə saat 10:24-də 4,20 rubl ucuzlaşaraq 75,5 rubla, avro isə 4,75 rubla (82,25 rubl) düşüb.