07 aprel 2022 13:51
1091

"Shell" 4-5 milyard dollar itirə bilər

Britaniya-Hollandiya neft-qaz şirkəti olan "Shell" Rusiyada bir sıra fəaliyyətlərinin dayandırılması səbəbindən ötən dövrdə 4-5 mlrd. ABŞ dolları itirəcək.

"İki sahil"in xarici mətbuata istinadən verdiyi məlumatına görə, bu barədə şirkətin qiymətləndirməsində deyilir.

2022-ci ilin I rübündə Rusiyada uzunmüddətli aktivlərin dəyərsizləşməsinin və vergilərdən sonra əməliyyatlarla bağlı əlavə xərclərin təsirinin 4 mlrd. dollardan 5 mlrd. dollara qədər olacağı gözlənilir.

Şirkət qeyd edir ki, bu xərclərin düzəliş edilmiş mənfəətə təsir göstərməsi gözlənilmir.

Xatırladaq ki, "Shell" "Saxalin-2" layihəsi də daxil olmaqla, "Qazprom" və "Qazprom Neft" ilə birgə müəssisələrdən çıxmaq və "Şimal axını-2"də iştirakını dayandırmaq qərarına gəlmişdi.