07 aprel 2022 18:36
1202

Respublika ifa müsabiqəsinin II zona mərhələsi keçirilib

Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsinin II zona mərhələsi keçirilib.

Tədbirdə giriş sözü deyən kollecin direktoru Ruslan Həmidov  qonaqları salamlayıb bildirdi ki,  müstəqil  Azərbaycanın var olması Ulu Öndərin adı  ilə bağlıdır. İndi dahi şəxsiyyətin anadan olmasına həsr olunmuş  müsabiqədə layiqincə iştirak etmək olduqca  vacibdir.

Zona mərhələsinə LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kolleci, Masallı Regional Kolleci, Astara Pedaqoji Kolleci, Lənkəran Peşə Liseyi, Masallı Peşə məktəbi, Lerik Peşə məktəbi  qatılmışdı. Müsahibə iştirakçılar arasından seçilmiş I, II yerlərin qalibləri olan tələbələr III mərhələyə  vəsiqə qazandılar.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü