07 aprel 2022 14:58
838

Bakı-Alanya reyslərinin sayı artırılacaq

"Azərbaycan Hava Yolları" QSC-nin aşağıbüdcəli törəməsi "Buta Airways" Bakıdan Türkiyənin kurort bölgəsi - Alanyaya uçuşların sayını artıracaq.

“İki sahil” bu barədə aviaşirkətə istinadən xəbər verir.

Məlumata görə, hazırda Alanyaya uçuşlar hazırda həftədə 2 dəfə - cümə axşamı və şənbə günləri həyata keçirilir, iyul ayından etibarən isə gündəlik olacaq.