07 aprel 2022 17:53
829

İran dondurulmuş aktivləri ilə bağlı bir sıra ölkələrlə razılığa gəlib

İran Vaşinqtonun tələbi ilə xarici banklarda dondurulmuş 7 mlrd. ABŞ dollarlıq aktivlərinə çıxışın təmin olunması barəsində bir sıra ölkələrlə razılığa gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə “TASS“ İranın “IRNA“ agentliyinə istinadən məlumat yayıb.

Məlumata əsasən, vəsait bir neçə həftə ərzində köçürülə bilər. Agentlik hansı ölkələrdən söhbət getdiyini açıqlamır.

Çərşənbə günü IRNA xəbər verib ki, İran ABŞ sanksiyaları səbəbindən dondurulmuş xarici hesablardakı bəzi aktivlərinə çıxışı geri qaytarıb. Lakin razılaşmaların təfərrüatları açıqlanmayıb.