Xalq artisti Emin Ağalarov təşkilatçısı olduğu "Jara" beynəlxalq musiqi festivalının bu il də baş tutmayacağını açıqlayıb.
“İki sahil” xəbər verir ki, müğənni buna hazırda dünyada baş verən hadisələrin səbəb olduğunu bildirib.
Ağalarov əlavə edib ki, onun yerinə başqa bir musiqi festivalı keçiriləcək.
Qeyd edək ki, "Jara" musiqi festivalı 2016-cı ildən Bakıda keçirilir. Son iki ildə festival pandemiyaya görə baş tutmayıb.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu