Meyxanaçı Namiq Qaraçuxurlu anasının keçirdiyi ağır əməliyyatdan danışıb.
“İki sahil” xəbər verir ki, sənətçi "Xəbər-ətər" proqramında həmin ərəfədə özünün də xəstəlik tapdığını deyib: "Stres, depressiyanı qəbul etmirəm. Amma anam əməliyyatdan çıxdı, gəldim o səhnəni gördüm. Axşam yanına gəldim, gördüm nəfəslikdə ağrılardan çabalayır. Can atır ki, kömək et. Elə bil həmin an öldüm. Həyatıboyu təzyiqi olmayan adamda təzyiq yarandı. Başağrılarım oldu. Başa düşdüm ki, o mənə zərbə vurub".