10 aprel 2022 09:28
1431

İqtisadiyyatın  uzunmüddətli inkişafı müasir və güclü təhsilə  bağlıdır

Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin tələbələri ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları arasında görüş keçirildi.

Görüşdə məqsəd tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək, eləcə də 2022-ci ilin yayında  onlardan ötrü ödənişsiz  yay Təcrübə proqramı təşkil etmək idi.
Tədbiri Lənkəran Dövlət Universitetinin prorektoru, dosent Elvin Əliyev açaraq görüşün məqsəd və əhəmiyyəti barədə danışdı.  Axırda “Yay Təcrübə proqramı tələbələrin nəzəri biliklərini praktikada tətbiq etmək, təlim və seminarlarda iştirak etməklə biliklərini artırmaq, karyera qurmaq istiqamətində onlara yardımçı olacaq”-dedi.
 Dana sonra fakültənin dekanı, dosent Gülbəniz Əliyeva çıxış etdi:-  Dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalı, kadr hazırlığı əmək bazarının tələblərinə uyğun olmalıdır.   Dövlət Vergi Xidməti tərəfindən təşkil olunan yay Təcrübə proqramının gənclərin peşəkar kadr kimi formalaşmasında böyük rolu var və gələcəkdə məzunları bu qurumda işə cəlb etməyə  yardımçı olacaq. Bizim universitetin  layihənin əhatə edəcəyi ali təhsil müəssisələrinin sirasına daxil edilməsi   təqdirəlayiq addımdır.
 Dövlət Vergi Xidmətinin əməkdaşları Elməddin Süleymanov, Leyla Babayeva, Xumar İsmayılova yay Təcrübə proqramının üstünlükləri, proqramda iştirak etmək üçün namizədlərə qoyulan tələbləri, seçim mərhələləri, həmçinin   Şahin Hüseynli  Dövlət Vergi Xidməti nəzdində fəaliyyət göstərən Tədris Mərkəzi  barədə görüş iştirakçılarını  ətraflı danışdılar və tələbələrin çoxsaylı suallarına cavab  verdilər.
Görüşün axırında  yay Təcrübə proqramı ilə bağlı video-çarx nümayiş olundu.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər  Birliyinin  üzvü