11 aprel 2022 17:49
1154

Norveç sularında yeni neft-qaz yatağı kəşf edilib

Norveçin "Equinor" şirkəti ölkənin ərazi sularında yeni neft-qaz yatağı aşkar edib.

“İki sahil” xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.

Qeyd olunur ki, yeni yataq Şimal dənizinin Fram və Troll sahələrində kəşf edilib.

İlkin hesablamalara əsasən, yatağın neft ehtiyatları 25-50 milyon barel, qaz ehtiyatları 4-8 milyon kubmetr səviyyəsində qiymətləndirilir.

Qeyd edək ki, Norveçdə neft və qaz hasilatı 1971-ci ildə başlayıb. Bu gün ölkə Avropa İttifaqının karbohidrogen tələbatının 15 faizini təmin edir.