12 aprel 2022 12:54
856

Son bir ildə İrandan Azərbaycana 565 milyon dollarlıq məhsul ixrac olunub

İranın qonşu ölkələrlə ticarət dövriyyəsi artıb.

“İki sahil” xəbər verir ki, bunu İranın Gömrük İdarəsinin rəisi Əlirza Müqəddəsi deyib. Onun sözlərinə görə, 2021-ci ilin mart ayından 2022-ci ilin mart ayına kimi İranın qonşu ölkələrlə ticarət dövriyyəsi 52 milyard dollar təşkil edib.

Ə.Müqəddəsi qeyd edib ki, bu müddət ərzində İrandan Azərbaycana 565 milyon dollar (11% artım) dəyərində məhsul ixrac olunub.

Onun sözlərinə görə, bu müddət ərzində Azərbaycandan İrana 42.6 milyon dollarlıq məhsul idxal olunub.