12 aprel 2022 13:19
900

Banklar valyuta hərracında 79,1 milyon dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"İki sahil"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 79,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (7 aprel 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 11,2% artıb.