Son beş ildə (2017-2021-ci illərdə) Azərbaycanda 175 323,9 mln. kubmetr qaz hasil edilib.
"İki sahil”in Dövlət Statistika Komitəsinin məlumatları üzrə apardığı hesablamalara əsasən, hesabat dövründə ölkədə hasil edilən qazın 120 533,4 mln. kubmetri əmtəəlik “mavi yanacağ”ın payına düşüb.
Hesablamalara əsasən, 2017-2021-ci illər ərzində Azərbaycanda ümumi qaz hasilatı 53,6% artıb. Hesabat dövründə ölkədə əmtəəlik qazın hasilatı isə 79,4% artıb.
Qeyd etmək lazımdır ki, ölkədə son illər qaz hasilatının atması Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlərinilməsinin ikinci mərhələsinin həyata keçirilməsi ilə əlaqəlidir.