13 aprel 2022 13:57
970

İranda sərnişin təyyarəsi təcili eniş edib

İranın Kiş adasından Tehrana uçan təyyarə İsfahanda təcili eniş edib.

“İki sahil” xəbər verir ki, "ATA" hava yollarına məxsus təyyarənin İsfahan şəhərinə təcili eniş etməsinə səbəb təyyarənin mühərriklərindən birində yaranmış texniki nasazlıq olub.

Göyərtəsində 174 sərnişin olan təyyarənin enişi zamanı qəza baş verməyib və sərnişinlər təxliyə edilib.

Hadisə zamanı xəsarət alanın olmadığı bildirilir.