Bu ilin yanvar-mart aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 17% artaraq 1 047,4 mln manat, işsizlikdən sığorta üzrə daxilolmalar isə 16,4% artaraq 35,3 mln. manat təşkil edib.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov “Twitter“ hesabında yazıb.
Nazir bildirib ki, bu sığorta haqları üzrə daxilolmaların icrası proqnozlara nisbətən müvafiq olaraq 109% və 112,3% təşkil edib.