Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının iqtisadiyyat və planlaşdırma naziri Faisal Al-İbrahim ilə onlayn formatda görüş keçirib.
“İki sahil” xəbər verir ki, o, bu barədə “Twitter“ hesabında yazıb.
Nazir bildirib ki, görüşdə ölkələr arasında iqtisadi münasibətlərin təşviqi, ticarət əlaqələrinin davamlı inkişafı və investisiya sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub.