13 aprel 2022 17:51
1053

Rusiyanın xarici borcu açıqlanıb

Rusiya Federasiyasının xarici borcu birinci rübdə 26,5 milyard ABŞ dolları və ya 5,5% azalaraq aprelin 1-nə 453,5 milyard dollar təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının məlumatında bildirilib.

Göstəricinin dinamikasına digər sektorların xarici borcunun azalmasının təsir göstərdiyi bildirilib.