13 aprel 2022 19:54
759

Azərbaycan və Səudiyyə Ərəbistanı investisiya əməkdaşlığını müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının iqtisadiyyat və planlaşdırma naziri Faisal Al-İbrahim ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Səudiyyə Ərəbistanı Krallığının iqtisadiyyat və planlaşdırma naziri Faisal Al-İbrahim ilə ölkələrimiz arasında iqtisadi münasibətlərin təşviqi, ticarət əlaqələrimizin davamlı inkişafı və investisiya sahəsində yeni əməkdaşlıq imkanları barədə səmərəli müzakirələrimiz oldu”, - deyə nazir qeyd edib.