“Deyir, bağlayaram hamınızı. Hara bağlayırsan? Turşu bağlamırsan e...”
Bu sözləri “Bağ havası” verilişinə qonaq olan meyxana ifaçısı Orxan Lökbatanlı gənc meyxanaçılardan gileylənərkən bildirib.
“Yeni çıxan gənc meyxanaçılar var. Mən hamısına tövsiyə edərdim ki, maddiyatdir, şan-şöhrətdir, bunlar onsuz da öz yerini tapacaq. Sadəcə olaraq tələsməsinlər. Tez yanan tez kül olar. İndikilər gəlir, ikinci bənddə deyir bağlayaram hamınızı”, - deyə ifaçı vurğulayıb.
Oxu.Az
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu