18 aprel 2022 12:11
1379

İçərişəhərdə ziyarət üçün qapalı abidələrə tur təşkil olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar İçərişəhər ərazisində ziyarət üçün qapalı olan abidələr üzrə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) infoturu keçirilib.

“İki sahil” xəbər verir ki, infotur Qoşa Qala meydanından başlayıb və "Molla Əhməd məscidi", "Məhəmməd məscidi", "Çin məscidi", "Cümə məscidi", "Qasım bəy hamamı" kimi məkanlar ziyarət olunub.

"İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova və "İçərişəhər" qoruğunun elm və mədəni irsinin təşviqi sektorunun müdiri, tarix elmləri doktoru Vəfa Quliyeva qapalı məkanların tarixi və əhəmiyyəti barədə məlumat verib. Vəfa Quliyevanın sözlərinə görə, turun təşkilində əsas məqsəd uzun müddət fəaliyyət göstərməyən, diqqətdən kənar qalan abidələrlə ziyarətçiləri tanış etmək və onlara yeni nəfəs verməkdir.

Turun sonunda “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə media nümayəndələri ilə görüşüb və qoruq ərazisində son illər ərzində aparılan bərpa və konservasiya işləri haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, sözügedən tur yalnız media nümayəndələri üçün nəzərdə tutulub.