18 aprel 2022 16:55
624

Azərbaycana tütün məmulatlarının idxalı azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri, bir il öncəki göstəriciyə nisbətən azalıb.

"İki sahil"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkəyə 14 821,44 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal olunub ki, bu, 2021-ci ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə 8 006,9 min dollar və ya 35,1% azdır.

Qeyd edək ki, cari ilin ilk üç ayında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,51%-nə bərabər olub.