"Mançester Yunayted"in futbolçusu Bruno Fernandeş avtomobil qəzası keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə "Mançester Evening News" məlumat yayıb. Hadisə bu gün səhər saatlarında baş verib. Oyunçunun "Porsche" markalı avtomobilinə zərər dəysə də, futbolçu özü xəsarət almayıb.
Qeyd edək ki, Bruno 2020-ci ildən "qırmızı şeytanlar"da oynayır.