Mədəniyyət Nazirliyi “Həyat, deyəsən, gözəldir” (“Fəryad-2”) tammetrajlı bədii filminin kütləvi nümayişə çıxarılmamasının səbəbini açıqlayıb.
“İki sahil” xəbər verir ki, nazirlikdən bildirilib ki, Xalq artisti Vaqif Mustafayevin dövlət sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkdiyi “Həyat, deyəsən, gözəldir” (“Fəryad-2”) tammetrajlı bədii filminin hələ ki kütləvi nümayişə çıxarılmamasının səbəbi onun beynəlxalq kino festivallarına təqdim olunması ilə əlaqədardır.
Qeyd olunub ki, film yalnız festival həyatı başa çatdıqdan sonra tamaşaçılara təqdim olunacaq.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu