19 aprel 2022 10:29
632

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalır

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,5% azalaraq 1 976,4 ABŞ dollarına bərabər olub.

Bu barədə "İki sahil" birja məlumatlarına istinadən xəbər verir.

Xəbərə görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,77% azalaraq 26,04 dollar təşkil edib.