Sonuncu dəfə “Doya doya moda” verilişinin münsif kürsüsündə əyləşən aktrisa Seray Sever ana olub.
“İki sahil” xəbər verir ki, aktrisanın əkiz qız övladları dünyaya gəlib. O, körpələrə Sofia və Alya adlarını verib.
Qeyd edək ki, aktrisa 2018-ci ildə özündən 10 yaş kiçik sevgilisi Eray Sünbüllə evlidir. Uzun müddətdir övladı olmayan cütlük bunun üçün müalicə alırdı.