19 aprel 2022 14:35
803

Azərbaycana gübrə idxalı martda kəskin artıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 11 274,3 min ABŞ dolları dəyərində 15 766,96 ton gübrə idxal olunub.

"İki sahil"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 40,6%, həcm ifadəsində isə 79,6% azdır.

Fevral ayı ilə müqayisədə isə martda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 3 565,61 min dollar (və ya 2,3 dəfədən çox) artıb, həcm ifadəsində isə 2 905,79 ton (və ya 73,4%) artıb. Mart ayında ölkəyə 6 245,84 min dollar dəyərində 6 861,89 ton gübrə idxal olunub.

Qeyd edək ki, bu ilin ilk üç ayında gübrə idxalının ümumi idxalda payı 0,39% təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 0,36 faiz bəndi azdır.