19 aprel 2022 15:09
860

Azərbaycanda kimya istehsalı artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 652,5 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesi məhsullarının istehsalında 69,1%, əczaçılıq məhsullarının istehsalında 67,4%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 29,3% artıb.

Məlumata görə, rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 2,7 dəfə, məsaməli polistirol lövhələr və zolaqların istehsalı 53%, kimya məhsullarından propilen istehsalı 22,3 % artıb.