19 aprel 2022 16:04
958

Azərbaycanda qaz istehlakı 9%-dən çox artıb

Bu ilin birinci rübündə ölkə ərazisində təbii qaz istehlakı 4,8 mlrd. kub metr təşkil edib.

SOCAR-dan “İki sahil”ə verilən məlumata görə, yanvar-mart aylarında ötən ilin analoji dövrü ilə müqayisədə qaz istehlakı 9,3% artıb.

“Karbamid və Metanol zavodlarının istehsal həcmlərinin kəskin artımı, həmçinin ölkədə qazlaşdırma səviyyəsinin 96,3%-ə yüksəlməsi qaz istehlakının artımına təsir göstərib”, - məlumatda qeyd olunur.