Türkmənistanın əyləc bəndləri istehsalçısı “Ajap önüm” şirkəti Azərbaycan bazarına daxil olduğunu elan edib. “İki sahil” “Biznes Türkmənistan”a istinadən xəbər verir ki, sınaq partiyası artıq Azərbaycana göndərilib.
Fevral ayında isə məhsullar Özbəkistan və Tacikistan bazarlarına çatdırılıb.
Məhsul nümunələri ABŞ-ın AMECA şirkətinin sınaqlarından keçərək sertifikatlaşdırılıb.
Qeyd edək ki, əyləc bəndləri "Optimus" ticarət nişanı altında istehsal olunur. Türkmənistan bazarında məhsullar “Günt” brendi altında satılır.
Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edilib