20 aprel 2022 14:29
713

AZAL-da yoxlamalar iki aya yekunlaşacaq

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində yoxlamalar iki gündür başlayıb, dövlət vəsaitinin və dövlət əmlakının auditi aparılır”.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Komitə sədri bildirib ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində (AZAL)a yoxlamaların iyun ayında yekunlaşması gözlənilir.