20 aprel 2022 15:39
776

“Shell” Rusiyadan işçilərini geri çəkməyə başladı

Britaniyanın neft-qaz şirkəti “Shell” Rusiya layihələrindən işçilərini geri çağırmağa başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Bloomberg” vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, ezam olunmuş onlarla işçi artıq mayeləşdirilmiş təbii qaz (MTQ) istehsalı zavodunun daxil olduğu “Saxalin-2” layihəsini tərk edib. Onlar “Shell”də işlərini davam etdirəcəklər və başqa layihələrə transfer olunacaqlar.

“Qazprom” və “Qazprom Neft” müştərək müəssisələrinə ezam olunmuş “Shell”in bütün əməkdaşları mərhələli şəkildə Rusiyadan çıxarılacaqlar.