20 aprel 2022 16:45
947

Azərbaycanla Qırğızıstan arasında investisiya əlaqələrinin gücləndirilməsi müzakirə olunub - FOTO

Qırğızıstan prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində işgüzar dairələrin nümayəndələri ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter“ hesabında yazıb.
Nazir qeyd edib ki, görüşdə ölkələr arasında iqtisadi-ticarət əməkdaşlığı, biznes və investisiya sahəsində əlaqələrin gücləndirilməsi ilə bağlı səmərəli müzakirələr aparılıb.