03 may 2022 16:37
1120

Ağstafada karate-do üzrə turnir keçirilib - FOTO

Ağstafa Rayon İcra Hakimiyyətinin, YAP Ağstafa rayon təşkilatının təşəbbüsü, Ağstafa rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş uşaq və yeniyetmələr arasında karate-do üzrə açıq turnir keçirilib.

“İki sahil” xəbər verir ki, turnirə Ağstafa idmançıları ilə yanaşı Abşeron, Sumqayıt, Gəncə şəhərlərindən, Qazax və Tovuz rayonlarından ümumilikdə 100 nəfərdən artıq idmançı qatılıb.

İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra idmançılar I, II, III yerlər uğrunda mübarizə aparıblar.

Sonda qaliblər diplom və medalları ilə təltif olunublar.