04 may 2022 13:07
1023

Ötən ay Dövlət Neft Fondu 549 milyon dollar vəsait satıb

Azərbaycan Dövlət Neft Fondu ötən ay valyuta hərraclarında satdığı vəsaitin məbləğini açıqlayıb.

Bu barədə "İki sahil"ə fonddan məlumat verilib.

Qeyd olunur ki, Azərbaycan Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin aprel ayı ərzində 548,7 milyon dollar məbləğində vəsait satılıb.