Azərbaycanda elektron ödəniş sistemləri bazarının əsas iştirakçısı "Komtec Ltd" (MilliÖn ticarət nişanı) sahibini dəyişib. Şirkət "PAŞA Holdinq"in tərkibinə keçib.
Bu barədə “İki sahil”ə "PAŞA Holdinq"dəki mənbədən bildirilib. Məlumata görə, şirkət artıq MilliÖn deyil, PAŞAPay olaraq fəaliyyətini davam etdirəcək.
"Komtec Ltd"dən isə "APA-Economics"in sualına belə cavab verilib: "Məsələ ilə bağlı bir neçə gündən sonra ictimaiyyətə açıqlama veriləcək". Bununla belə, MilliÖn brendinin digər adlarla əvəzlənməyəcəyi qeyd edilib.
Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edilib