2022-ci ilin yanvar-mart aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 17,7 milyard manat təşkil edib. Sənaye məhsulunun 84,8 faizi mədənçıxarma, 12,9 faizi emal, 1,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 90,3 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 92,6 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7,4 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 aprel 2022-ci il vəziyyətinə 519,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 80,4 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Yanvar-mart aylarında paytaxtın, həmçinin tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 61,3 faizini tikinti, yenidənqurma və genişləndirmə, 8,5 faizini əsaslı təmir, 5,4 faizini cari təmir, 24,8 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 90,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Hesabat dövründə Bakı şəhərinin ticarət dövriyyəsi 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4,8 faiz artaraq 6 milyard 301 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 3 milyard 636,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,1 faiz azalaraq 2 milyard 664,4 milyon manata bərabər olub. İstehlak məhsullarının 35,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23,7 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Birinci rübdə paytaxtın ictimai iaşə dövriyyəsi isə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 199,7 milyon manat olub. Hüquqi şəxslər üzrə dövriyyə 127,1 milyon manat olub ki, bu da ümumi dövriyyənin 63,6 faizini təşkil edib.
Bu dövrdə, eyni zamanda, əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artaraq 1 milyard 308,7 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 256,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 96 faizini təşkil edib.
Əməkhaqlarına gəlincə, cari ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 8,8 faiz artaraq 979 manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsi
Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edilib