05 may 2022 14:27
994

İlin sonuna Avropaya qaz tədarükümüzün 10 mlrd. kubmetrdən çox olacağı gözlənilir - Nazir

Dayanıqlı enerji təchizatı enerji təhlükəsizliyi, diversifikasiya və yaşıl keçidin balanslaşdırılmış vəhdəti ilə mümkün ola bilər.

“İki sahil” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "Twitter" hesabında paylaşım edib.

"İlin sonuna kimi Avropaya qaz tədarükümüzün 10 mlrd. kubmetrdən çox olacağı gözlənilir", - paylaşımda qeyd olunur.

Qeyd edək ki, Pərviz Şahbazov Bolqarıstan Respublikasının energetika naziri Aleksandr Nikolovun dəvəti ilə Bolqarıstana səfər edib. Nazir mayın 5-də paytaxt Sofiya şəhərində keçirilən “Cənub-Şərqi Avropada Enerji Keçidi: Enerji Təhlükəsizliyi, diversifikasiyası və yaşıl enerjiyə keçid üzrə regional əməkdaşlıq” mövzusunda təşkil olunmüş Nazirlərin Dəyirmi Masasında iştirak edir.