06 may 2022 17:11
805

YAP Masallı rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib - FOTO

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının “Viləş uşaq bağçası körpələr evi” üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

“İki sahil” xəbər verir ki, bu münasibətlə keçirilən təsis yığıncağında iştirak edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Yeni Azərbaycan Partiyasının yaranması tarixindən, partiyanın VII qurultayından bu günə qədər görülmüş işlərindən, aparılan islahatlar və Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin partiya qarşısında qoyduğu hədəflər barədə ətraflı məlumat vermişdir.

Seyfəddin Əliyev qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Əminliklə qeyd etmək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.

Sonra təşkilati məsələlərə baxılıb. Şəfa Allahverdiyeva yekdilliklə “Viləş uşaq bağçası körpələr evi” ərazi partiya təşkilatının sədri, Nigar Məmmədova isə sədr müavini seçilib. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər.