"Bizim məhdud təbii ehtiyatlarımıza təzyiqlər əsasən kənd təsərrüfatının özündən qaynaqlanır".
“İki sahil” xəbər verir ki, bunu “Gələcəyə baxış: rəqəmsal kənd təsərrüfatına keçid” adlı konfransda çıxış edərkən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
O bildirib ki, iqlim dəyişikliyi altında məhdud və azalan təbii ehtiyatlardan istifadə edərək, 2050-ci ilə qədər təxminən 10 milyard əhalini qida ilə təmin etmək hamımız üçün əsl sınaqdır.
"2019-cu illə müqayisədə 2020-ci ildə qlobal kənd təsərrüfatı torpaqlarının sahəsi 3 faiz azalıb. Əhalinin artması ilə 2000-2019-cu illərdə adambaşına düşən əkin sahələri bütün regionlarda 17 faiz azalıb. Azalma tendensiyasına baxmayaraq, bu illərdə ümumi ilkin məhsul istehsalı 53 faiz artıb"- deyə, nazir əlavə edib.
Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edilib