06 may 2022 17:17
1298

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir FOTOLAR

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir.

“İki sahil” xəbər verir ki,  Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gəlib. 

Ləziz təamlar bayramına çevrilən Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında bu şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan xalqının qonaqpərvərliyi bir daha nümayiş etdirilir.