06 may 2022 18:00
1323

Masallıda bilik yarışı üzrə rayon birinciliyi keçirilib - FOTO

Mayın 6-da “ASAN” Xidmət İntellektual İnkişaf Mərkəzində YAP Masallı rayon təşkilatı, Masallı Rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatı, Masallı Rayon Gənclər və İdman İdarəsi ərazi partiya təşkilatı, Təhsil şöbəsi ərazi partiya təşkilatı və “Masallı Gənclər evi” sosial xidmət müəsissəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Masallı rayon tam orta ümumi təhsil məktəblərinin X-XI sinif şagirdləri arasında “Breyn rinq ” intellekrual bilik yarışı üzrə rayon birinciliyi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirin mükafatlandırılma mərasimində YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, “Masallı Gənclər evi” sosial xidmət müəsissəsinin müdiri Fuad Mənsimov və Vətən müharibəsi iştrakçısı Ceyhun Qurbanov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən danışıblar.

Qeyd ediblib ki, bütün mənalı həyatını xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrildiyini vurğuluyaraq birincilikdə qalib gəlmiş komandaları təbrik etmişlər.

Yarışın yekun nəticəsinə əsasən birinci yerə Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 saylı tam orta məktəbinin komandası, ikinci yerə Xıl kənd Ə.Bəylərbəyov adına tam orta məktəbin komandası, üçüncü yerə Sığdaş kənd tam orta məktəbin komandası layiq görülmüşlər.

Qeyd edək ki, aprel ayının 7-dən başlanılan “Xəmsə” Milli İntellektual Oyununda ümumilikdə 50 komanda yaxın X-XI sinif şagirdləri mərhələlər üzrə iştirak etmiş və finalda ikinci yeri tutmuş 8 komanda “Breyn rinq” intellektual bilik yarışında iştirak etmək hüququ qazanmışlar.

Müsabiqədə qalib gəlmiş məktəb komandaları təşkilatçılar tərəfindən mükafatlandırılmışlar.