06 may 2022 17:45
1110

YAP Daşkəsən rayon təşkilatı ərazi partiya təşkilatlarında yığıncaqları davam etdirir FOTO

Mayın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Dövlət Aqrar İnkişaf Mərkəzi və Elektrik Paylayıçı Şəbəkə ərazi partiya təşkilatlarında yığıncaqlar keçirilib.

Hər iki ərazi partiya təşkilatında keçirilən tədbirlərdə işğaldan azad olunmuş torpaqlarımızda aparılan böyük quruculuq və abadlıq işlərindən danışılıb, yeni elektrik stansiyalarının, elektrik verici xəttlərin tikintisi və Daşkəsən rayonu ərazisindən keçərək Kəlbəcərə elektrik enerjisinin verilməsi barədə ətraflı müzakirələr aparılıb.

Yığıncaqlarda çıxış edənlər azad edilmiş ərazilərin təbii iqlimindən maksimum səviyyədə istifadə etməklə heyvandarlığın inkişaf etdirilməsindən, əkin sahələrinin minalardan təmizləndikdən sonra buğda toxumunun altına verilməsindən və yaxın gəlcəkdə həmin ərazilərdən məcburi köçkün düşmüş sakinlərin geri qayıtmasından söhbət açıblar.

Tədbirlərdə həmçinin ölkə Prezidenti, YAP-ın Sədri İlham Əliyevin bu və ya digər sahələrə göstərdiyi diqqət və qayğıdan ürək dolusu danışılıb.
Yığıncaqların yekununda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub. Digər bir qrup gənc isə partiya sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət edib.

Cavid Əkbərov, «İki sahil»