Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Zeyvə kəndində yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib.
“İki sahil” Rabitə və Yeni Texnologiyalar Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, stansiyasının tikintisi üçün 35 hektar əkinəyararsız torpaq sahəsi ayrılıb. Ayrılan 15 hektar ərazinin 7,9 hektarı ilk tikilən 5 meqavatlıq, 4,25 hektarı isə yeni tikilən 3 meqavat gücündə Günəş Elektrik Stansiyası üçün istifadə edilib.
Layihə İsveçrənin “Pure Energy Development” SARL şirkəti tərəfindən icra olunub.
Stansiyada tikinti-quraşdırma işləri qısa müddətdə aparılıb, hər birinin gücü 330 vatt olan 9108 “PERC” tipli müasir “şüşə-şüşə” formalı günəş panelləri, hər birinin gücü 50 kilovat olan 60 invertor, müasir tip kommutasiya aparatları və digər elektrik avadanlıqları ilə təmin olunan 3 ədəd 35/0,4 kilovoltluq 1250 kilovat gücündə transformator yarımstansiyaları quraşdırılıb.
Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edilib