10 may 2022 18:06
826

Türkiyədə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Assosiasiyasının iclası başlayıb

Bu gündən etibarən Türkiyənin paytaxtı Ankara şəhərində “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Rəyasət Heyətinin və təşkilatın ümumi yığıncağının növbəti toplantısı başlayıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “İki sahil”ə verilən məlumata görə, toplantıdan öncə Beynəlxalq Assosiasiyanın üzvləri Ankarada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Toplantıda “Azərbaycan Dəmir Yolları ” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də təmsil olunur.