İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlar tərəfindən ayrı-ayrılıqda müxtəlif platformalarda, formatlarda əhaliyə, o cümlədən vergi ödəyicilərinə, sahibkarlara çoxçeşidli xidmətlərin göstərildiyini nəzərə alaraq, vahid yanaşmanın tətbiqinə zərurət yaranıb. Bu səbəbdən də İqtisadiyyat Nazirliyinin vahid Çağrı mərkəzi yaradılıb.
“İki sahil” xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyinin sektoru müdiri Dürdanə Əhədova jurnalistlərə açıqlamasında söyləyib.
D.Əhədova bildirib ki, əvvəllər vətəndaşlar Çağrı mərkəzinin “195-1”, “195-2” və “195” nömrələrinə zəng etməklə cavab ala bilərdilər. Lakin indi “195” nömrəsinə zəng edərək müvafiq nömrələri seçdikdə İqtisadiyyat Nazirliyinin bütün strukturları ilə əlaqə saxlamaq mümkündür. Bu zaman “195” nömrəsinə zəng edib, 1 nömrəsini seçdikdə vergi xidməti üzrə, 2 nömrəsini seçdikdə iqtisadiyyat nazirliyinin xidmətləri üzrə, 3 nömrəsini seçdikdə əmlak məsələləri üzrə, 4 nömrəsini seçdikdə isə antiinhisar xidmətləri üzrə müraciətlərə cavab ala bilərlər.
Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edilib